Bakı. Trend:
İsrail ordusu gün ərzində ölkəyə 65 raket atıldığını bildirib.
Trend xəbər verir ki, İsrail hərbçilərinin məlumatına görə, Livandan, şiə təşkilatı Hizbullahın silahlıları tərəfindən İsrail ərazisinə 65 raket atılıb.
İsrail ordusunun mətbuat xidmətinin yerli vaxtla saat 16:00-a (Bakı vaxtı ilə 18:00) olan məlumatına istinadən, bu hücumlar günün əvvəlindən qeydə alınıb.
Ordunun bəyanatında vurğulanıb ki, "İsrail və onun xalqı Hizbullah terror təşkilatının yaratdığı təhdidlərdən qorunmaqda davam edəcək".