...

Ümumdünya Meteorologiya Təşkilatı iqlim dəyişikliklərinə uyğunlaşma üzrə qlobal səylərin gücləndirilməsinə çağırıb

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 14:19 (UTC +04:00)
Ümumdünya Meteorologiya Təşkilatı iqlim dəyişikliklərinə uyğunlaşma üzrə qlobal səylərin gücləndirilməsinə çağırıb
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

İqlim dəyişikliklərinə uyğunlaşma üzrə qlobal səylər gücləndirilməlidir.

Trend xəbər verir ki, bunu Ümumdünya Meteorologiya Təşkilatının (WMO) baş katibi Selesta Saulo "Dayanıqlığın artırılması üçün iqlim məlumatı sistemlərinin və çoxprofilli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi" mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə bildirib.

“Biz burada COP29 çərçivəsində ortaq məqsəd üçün bir araya gəlmişik – qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində məhdudlaşdırmaq səylərini qorumaq. Bu, sadəcə bir məqsəd deyil, planetimiz və hamımız üçün xilasedici halqadır”, - deyə Selesta Saulo vurğulayıb.

O vurğulayıb ki, emissiyaların azaldılması üzrə birgə səylər bu hədəfi əlçatan saxlamaq üçün kifayət qədər güclü olmalıdır.

“Lakin bu həddin aşağıda saxlanılmasına nail olsaq belə, iqlim dəyişiklikləri əhəmiyyətli uyğunlaşma tədbirlərini tələb edir. Erkən xəbərdarlıq sistemlərinə universal çıxış yalnız ehtiyat tədbiri deyil, həyati əhəmiyyətli bir zərurətdir”, - Selesta Saulo deyib.

S.Saulo "Hamı üçün Erkən Xəbərdarlıq" təşəbbüsünün uğurlarını vurğulayaraq, dünyanın yarısından çoxunun, xüsusilə Afrikada, Latın Amerikasında və Karib hövzəsində çoxprofilli erkən xəbərdarlıq sistemlərini tətbiq etdiyini bildirib. O, həmçinin, bu proqram çərçivəsində Azərbaycanın təsdiqlənmiş layihəsini ilhamverici bir nümunə kimi qeyd edib.

“Efiopiya, Fici, Pakistan, Somali və Tonqa kimi ölkələrin əldə etdiyi irəliləyiş beynəlxalq əməkdaşlığın işlədiyini göstərir. Biz qlobal Cənub ölkələri arasında əməkdaşlığın gücləndiyini görürük ki, bu da məqsədlərimizə nail olmaq üçün xüsusilə vacibdir”, - deyə baş katib əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti