...

Bir çox NDC-lər son məlumatlar nəzərə alınmadan hazırlanır - Pablo Vieyra

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 15:04 (UTC +04:00)
Bir çox NDC-lər son məlumatlar nəzərə alınmadan hazırlanır - Pablo Vieyra
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Bir çox yeni Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) son məlumatlar nəzərə alınmadan hazırlanır.

Trend xəbər verir ki, bunu NDC Tərəfdaşlığının direktoru Pablo Vieyra COP29 çərçivəsində Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaq (IPU) tərəfindən birgə təşkil olunan Parlament Görüşü zamanı “İqlim öhdəliklərinin reallığa çevrilməsi: Parlamentlərin təsirlərin yumşaldılması və Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin həyata keçirilməsində rolu” mövzusunda keçirilən sessiyada bildirib.

“Bir çox yeni NDC son illərdə baş verənlər nəzərə alınmadan hazırlanır. Bizim üzvlərimiz vasitəsilə təmin etdiyimiz dəstək formalarından biri də ilk iki NDC raundu üzrə, demək olar ki, onillik öhdəliklərin yekunlaşdırılmasıdır. Görüləsi çox iş var və hökumətlərin öhdəliklərini yerinə yetirmə məsuliyyətinin gücləndirilməsi qlobal səviyyədə diqqət tələb edən əsas vəzifədir”, - deyə Vieyra vurğulayıb.

O əlavə edib ki, ölkələr iqlim tədbirlərinə sadiqliyi təmin etməli, o cümlədən, gələn il təqdim olunması planlaşdırılan NDC-ləri hazırlamalıdırlar.

“İqlim tədbirlərinin irəliləməsi və maliyyələşmənin səfərbər edilməsi üçün uyğun siyasət, qanunvericilik və tənzimləmə çərçivəsi, həmçinin, koordinasiya, potensial və şəffaflıq təmin edilməlidir”, - deyə P.Vieyra qeyd edib.

Qeyd edək ki, Bakıda COP29 çərçivəsində Parlamentlərarası İttifaq və Azərbaycan Milli Məclisinin birgə təşkilatçılığı ilə Parlament Görüşü öz işinə başlayıb. Tədbirdə Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, həmçinin Parlamentlərarası İttifaqın Azərbaycandan vitse-prezidenti, Milli Məclisin deputatı Sevil Mikayılova iştirak edirlər.

İki günlük tədbirdə 66 ölkədən və beynəlxalq təşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçının qatılacağı tədbirdə 12 spiker və vitse-spiker başda olmaqla, 167 parlament üzvü iştirak edir.

Parlament Görüşündə keçiriləcək sessiyalarda İqlim dəyişmələrinin real təsirləri, iqlim öhdəliklərinin reallığa çevrilməsi üçün təsirlərin azaldılması ilə bağlı iddialı tədbirlərin artırılmasında və milli səviyyədə müəyyən edilmiş töhfələrin həyata keçirilməsində parlamentlərin rolu, iqlim maliyyələşdirilməsinin qlobal arxitekturasının inkişafı, iqlim dəyişmələrinə qarşı dayanıqlılığın artırılması, bu sahəyə hərtərəfli və ədalətli yanaşmanın təşviqi, İqlim dəyişmələri ilə mübarizə aparmaq və ədalətli çıxışı təmin etmək məqsədilə texnologiyadan istifadə, dəyişən iqlim şəraitində sağlamlıq və qida təhlükəsizliyi səyləri, insan yerdəyişməsinin və iqlim dəyişmələrinin idarə edilməsi və digər mövzularda müzakirələr aparılacaq, yekun sənəd qəbul ediləcək.

Tədbir çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi də nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti