...

Pakistan və Azərbaycan iqlim təşəbbüsləri çərçivəsində potensial tərəfdaşlığa malikdir – “Global Choices”in nümayəndəsi

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 14:48 (UTC +04:00)
Pakistan və Azərbaycan iqlim təşəbbüsləri çərçivəsində potensial tərəfdaşlığa malikdir – “Global Choices”in nümayəndəsi
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Pakistandan olan “Global Choices” təşkilatının nümayəndəsi Meraya Axtar Abbasidir.

Meraya Axtar Abbasi COP29 çərçivəsində Trend-ə bildirib ki, Pakistan və Azərbaycan iqlim təşəbbüsləri çərçivəsində potensial tərəfdaşlığa malikdir.

“Bakıya ilk dəfə səfər edirəm və şəhərin gözəlliyini və onun sakinlərinin qonaqpərvərliyini vurğulamaq istəyirəm. Mənim Azərbaycanda WWF kimi təşkilatlarla işləyən dostlarım var ki, bu da əməkdaşlıq üçün potensialın olduğunu göstərir.

COP29 möhtəşəm təşkil olunub, burada iştirakçıların fəaliyyətlərinin anlaşılması və iqlim dəyişikliyi ilə mübarizədə gənclərin iştirakının vacibliyi vurğulanır. Ekoloji problemlərin həlli üçün maraqlı tərəflərin kollektiv fəaliyyətlərini müəyyənləşdirmək zəruridir.

Pakistan iqlim dəyişikliklərindən ciddi zərər çəkib, sel və kənd təsərrüfatında itkilər kimi problemlərlə üzləşib. Hazırkı problemlər arasında müxtəlif regionlarda müşahidə olunan duman var ki, bu da həll yollarının və birgə səylərin tapılmasının təcili zərurətini vurğulayır.

Azərbaycan və Pakistan arasında iqlim və ekologiya təşəbbüsləri çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması çox vacibdir. Pakistan və Azərbaycanın təşkilatları arasında gələcək tərəfdaşlıq barədə optimistəm”, - o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti