...

Almaniya Kansleri ilə Rusiya Prezidenti arasında son iki ildə ilk dəfə telefon danışığı olub

Dünya xəbərləri Materials 15 Noyabr 2024 21:00 (UTC +04:00)
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 15-də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bir saata yaxın davam edən telefon söhbətində Kansler Ukrayna böhranı ilə bağlı müzakirələr aparmaq üçün Rusiyaya çağırış edib.

Olaf Şolts Vladimir Putin ilə telefon danışığından əvvəl Prezident Volodimir Zelenski ilə də telefonda danışıb və ölkəsinin müharibənin davam etdiyi müddətdə Ukraynaya dəstəyinin davam etdirəcəyini bildirib.

Kansler Olaf Şolts və Vladimir Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin oktyabrında olub.

Xəbər lenti

Xəbər lenti