...

Bu il əsas kapitala yönəldilmiş investisiyaların 72 faizdən çoxu tikinti işlərinə sərf olunub

Cəmiyyət Materials 16 Noyabr 2024 14:46 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında əsas kapitala 14 milyard 391,1 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az investisiya yönəldilib.

Trend Dövlət Statistika Komitəsinin yaydığı məlumata istinadən xəbər verir ki, neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 9,1 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 2 faiz azalıb.

İstifadə olunmuş investisiyanın 7 milyard 308,6 milyon manatı və ya 50,8 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 162,4 milyon manatı (35,9 faizi) xidmət sahələrinə, 1 milyard 920,1 milyon manatı (13,3 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 11 milyard 943,1 milyon manatını və ya 83 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 409,9 milyon manatı və ya 72,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Xəbər lenti

Xəbər lenti