...

Dünya Bankı COP29 sədrliyinin rəqəmsal texnologiyalarla bağlı səylərini yüksək qiymətləndirir

Yaşıl iqtisadiyyat Materials 16 Noyabr 2024 10:24 (UTC +04:00)
Dünya Bankı COP29 sədrliyinin rəqəmsal texnologiyalarla bağlı səylərini yüksək qiymətləndirir
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dünya Bankı COP29 sədrliyinin "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsini qəbul edərək iqlim dəyişikliyi ilə mübarizədə rəqəmsal texnologiyaların roluna dair məlumatlılığın artırılmasına yönəlmiş səylərini yüksək qiymətləndirir.

Trend xəbər verir ki, bunu Dünya Bankının rəqəmsal transformasiya üzrə vitse-prezidenti Sanq-Bu Kim “Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəli dəyirmi masada deyib.

“Dünya Bankı COP29 sədrliyinin iqlim dəyişikliyi ilə mübarizədə rəqəmsal texnologiyaların roluna dair məlumatlılığın artırılması və ‘Yaşıl Rəqəmsal Fəaliyyət’ bəyannaməsinin qəbul edilməsinə yönəlmiş səylərini yüksək qiymətləndirir. Dünya Bankı bu bəyannaməni dəstəkləyir.

İqlim dəyişikliyi ilə mübarizə sahəsində inkişaf etməkdə olan ölkələrdə layihələrə ən böyük çoxtərəfli investor olaraq, Dünya Bankı dayanıqlı və inklüziv rəqəmsal transformasiyaya dəstək göstərməyə sadiqdir”, - deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti