...

Böyük Britaniya karbon idarəetmə texnologiyalarının tətbiqində qlobal Cənuba dəstək göstərməyə sadiqdir

İqtisadiyyat Materials 15 Noyabr 2024 17:58 (UTC +04:00)
Böyük Britaniya karbon idarəetmə texnologiyalarının tətbiqində qlobal Cənuba dəstək göstərməyə sadiqdir
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya karbon idarəetmə texnologiyalarının tətbiqində qlobal Cənuba dəstək göstərməyə sadiqdir.

Trend xəbər verir ki, bunu Böyük Britaniyanın iqlim naziri Kerri MakKarti COP29 çərçivəsində karbon emissiyalarının idarə edilməsi üzrə nazirlər konfransında bildirib.

“Böyük Britaniya qlobal Cənuba və inkişaf etməkdə olan ölkələrə karbon idarəetmə texnologiyalarının tətbiqi və onların üzləşdiyi maliyyə maneələrinin aradan qaldırılmasında dəstək göstərməyə sadiqdir. Biz iqlim maliyyələşdirilməsinə üstünlük verməyə davam edəcəyik ki, bu da həssas ölkələrin iqlim dəyişikliyinin nəticələrinə uyğunlaşmasına və azkarbonlu iqtisadiyyata keçidinə dəstək olacaq”, – deyə nazir vurğulayıb.

MakKarti bildirib ki, Dünya Bankının ESMAP proqramı vasitəsilə həyata keçirilən Təmiz Enerji İnnovasiyaları proqramı çərçivəsində Sənayenin Dekarbonizasiyası Fondu inkişaf etməkdə olan ölkələrdə təmiz enerji sahəsində innovasiyaları yaxşılaşdırmağa yönəlib.

Onun sözlərinə görə, bu proqram təmiz enerji texnologiyalarının inkişafına kömək edəcək, bu da enerji təhlükəsizliyini artıracaq və emissiyaların azalmasına töhfə verəcək.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti