...

Azərbaycanda keçirilən COP29 təşkilati və məzmun baxımından nümunə olacaq - Adil Kərimli

Mədəniyyət Materials 15 Noyabr 2024 16:23 (UTC +04:00)
Azərbaycanda keçirilən COP29 təşkilati və məzmun baxımından nümunə olacaq - Adil Kərimli
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

Azərbaycanda keçirilən COP29 tədbiri təşkilati və məzmun baxımından nümunə olacaq.

Trend xəbər verir ki, bunu COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında Mədəniyyət naziri Adil Kərimli deyib.

O bildirib ki, tədbirdə ölkəmizdə mədəniyyət və iqlim dəyişikliyi mövzusu COP29 tədbiri çərçivəsində bu gün müzakirə olundu.

“Mütəlif ölkələt mədəniyyət nazirləri, mütəxəssisləri Azərbaycana təşrif buyurub. Mədəniyyət və iqlim dəyişikliyi bu günki tədbirimizin əsas mövzusu idi. Bildiyiniz kimi mədəniyyət iqlim dəyişikliyinə gətirilən yeni bir mövzudur, istiqamətdir. Doğrudur, COP28-də əsası qoyulsa da, ilk dəfə COP28-də Birləşmiş Ərəb Əmirliyi və Braziliya tərəfindən qoyulan bu təşəbbüsə Azərbaycan qoşuldu. Ölkəmizdə COP29 çərçivəsində mədəniyyət və iqlim dəyişikliyi mövzusu müzakirə mövzusu oldu.

Bu gün bizim, sizlərin də şahid olduğunuz geniş bir iclasda mədəniyyət və iqlim dəyişikliyi mövzusu əsas müzakirəmizə çevrildi. Təbii ki, bugünkü iclası iki əsas vacib istiqamət: 1. Keçən il COP28-də əsası qoyulan və bu gün Azərbaycanda artıq rəsmi qaydada təsbit edilən “mədəniyyət əsaslı iqlim fəaliyyətinin dostları qrupu” adlanan belə bir təşəbbüs formalaşmışdı, bu gün həmin təşəbbüs qrupunun ilk şərtlər toplusu təsdiq edilmiş olur.

Təbii ki, Azərbaycan, BƏƏ və Braziliya bu qrupun həmsədrləri olaraq təqdim edilib. Bu gün Azərbaycanın sədrliyi ilə bu şərtlər toplusu ölkələr tərəfindən qəbul edildi. Gördüyünüz kimi, artıq "Dostlar qrupu"nun üzvlərinin sayı get-gedə artır. Dünya ictimaiyyətinin “mədəniyyətin iqlimə təsiri” mövzusuna diqqəti daha da genişlənmiş olur.

Təbii ki, iqlim dəyişikliklərinin mədəniyyətə və mədəni irsə təsirləri danılmazdır və bütün müzakirələr bu əsasda gedir. Lakin bizim ölkə olaraq təqdim etdiyimiz artıq 2-ci istiqamət və ilk təşəbbüs Mədəniyyət və iqlim mövzusu fonunda mədəniyyətin iqlimə müsbət təsirini əsas gətirmək üçün təqdim etdiyimiz “İqlim üçün mədəniyyət” platformasıdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti