...

COP for Hope: COP29 iqlim dəyişikliyinə qarşı mübarizədə məqsədlərə nail olmaq üçün imkan yaradır - Nazir (ÖZƏL)

İqtisadiyyat Materials 15 Noyabr 2024 13:25 (UTC +04:00)
COP for Hope: COP29 iqlim dəyişikliyinə qarşı mübarizədə məqsədlərə nail olmaq üçün imkan yaradır - Nazir (ÖZƏL)
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimovdur.

Aziz Abduhakimov Trend-ə özəl müsahibəsində vurğulayıb ki, COP29 çərçivəsində Özbəkistan nümayəndə heyəti tərəfdaşlarla, o cümlədən, azərbaycanlı həmkarları ilə fəal danışıqlar aparır.

“Burada bu qədər çoxsaylı nümayəndələrin, o cümlədən, nüfuzlu maliyyə institutlarının və təşkilatlarının iştirak etməsi, iqlim dəyişikliyinə qarşı mübarizədə öz məqsədlərinə nail olmaq üçün hər kəsə imkan yaradır”, - o bildirib.

Bu müzakirələr fonunda davamlı kənd təsərrüfatı, su resurslarının və otlaqların idarə olunmasına yönəlmiş “Buzlaqlardan fermerlərə” layihəsinin həyata keçirilməsi haqqında saziş imzalanıb. Bu layihə Özbəkistan, Azərbaycan və Mərkəzi Asiyanın digər ölkələri üçün xüsusi aktuallıq kəsb edir.

Nazir vurğulayıb ki, ölkələrin bu layihədə iştirakı təcrübə mübadiləsi və yeni texnologiyaların tətbiqi üçün imkanlar açır.

“Əməkdaşlığın vacib aspektlərindən biri ekoloji təhsilin inkişafıdır. Yaxın zamanda Azərbaycanın da uşaqlarının iştirak etdiyi “ecocamp” layihəsi həyata keçirilib. Ümid edirik ki, azərbaycanlı dostlarımız “yaşıl universitet” - Mərkəzi Asiya ətraf mühitin öyrənilməsi və iqlim dəyişikliyi Universiteti layihəsində də iştirak edəcəklər. Özbəkistan bu layihə çərçivəsində azərbaycanlı tələbələr üçün qrantlar və təqaüdlər ayırıb və bu təhsil layihəsində öz azərbaycanlı tərəfdaşlarının iştirakına ümid edir”, - deyə o qeyd edib.

Nazir, həmçinin, Özbəkistanın “yaşıl universiteti” haqqında danışıb.

“Biz iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi, ətraf mühitin çirklənməsinə nəzarət sistemlərinin işlənib hazırlanması sahəsində ixtisaslaşmış azərbaycanlı həmkarlarımızı və alimlərimizi bizim “yaşıl universitet”imizin nəzdində yaradılmış iqlim rezidensiyasına dəvət etmək istəyirik.

Müxtəlif ölkələrdən olan alimlər burada bilik və təcrübə mübadiləsi edə, birgə eksperimentlər apararaq, ekoloji problemlərimizin həlli üçün ümumi yanaşmalar hazırlaya bilərlər”, - deyə A.Abduhakimov əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti