...

Kolumbiya BRİKS-ə qoşulmaq arzusunu ifadə edib

Dünya xəbərləri Materials 15 Noyabr 2024 03:30 (UTC +04:00)

Bakı. Trend:

Boqota BRİKS-ə qoşulmaqda maraqlıdır.

Trend-in məlumatına görə, bu barədə Kolumbiyanın xarici işlər naziri Luis Hilberto Murilyo deyib.

"Kolumbiya buna maraqla baxır, bəli, əlbəttə", - deyə o bildirib.

Nazir qeyd edib ki, ölkə BRİKS ilə baş verənlərə böyük maraqla baxır.

"Birlik alternativ baxış bucağı təklif edir. Burada diqqət yetirilməli bir şey də var. Biz də ölkəmizdə daha yaxşı şərait yaratmaq üçün maliyyə imkanları axtarırıq", - deyə nazir əlavə edib.

Onun sözlərinə görə, Kolumbiyanın maliyyə naziri Rikardo Bonilya artıq BRİKS Yeni İnkişaf Bankının prezidenti Dilma Rusef ilə görüşüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti