...

Taksi sifarişi operatorları tərəfindən bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur -AYNA

Cəmiyyət Materials 15 Noyabr 2024 11:19 (UTC +04:00)
Taksi sifarişi operatorları tərəfindən bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur -AYNA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Taksi sifarişi operatorları tərəfindən xidmətə görə əlavə vəsaitin tutulması, eyni zamanda bir gedişə görə bir neçə dəfə ödənişin çıxılması qanunsuzdur.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, bununla bağlı AYNA tərəfindən ciddi tədbirlər görüləcək.

"Belə hallarla qarşılaşan sərnişinlərdən AYNA-nın “141” Çağrı Mərkəzi və ya sosial şəbəkə hesabları üzərindən məlumat vermələri xahiş olunur.

Taksi nəqliyyat vasitəsilə sərnişin daşımalarında xidmət keyfiyyəti ilə bağlı sərnişinlərdən daxil olan müraciətlər AYNA tərəfindən araşdırılır və neqativ halların qarşısının alınması üçün tədbirlər görülür",- qurumdan əlavə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti