Bakı. Trend:
Oktyabrın 26-da keçirilən parlament seçkilərindən sonra Gürcüstan hökumətinin tərkibinin əhəmiyyətli dərəcədə yenilənməsi nəzərdə tutulmur.
Trend-in məlumatına görə, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
"Heç bir dərin məsləhətləşmələr aparılmayıb, lakin əhəmiyyətli bir yeniləmə planlaşdırılmır", - deyə o bildirib.
Baş nazir qeyd edib, hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının qarşıdakı 4 ildə məqsədi ölkənin ÜDM-ni 40 milyard lari (təxminən 14,6 milyard dollar) artırmaq olacaq və irimiqyaslı infrastruktur layihələri də nəzərdə tutulub. "Xarici siyasətə gəlincə, bizim əsas prioritetimiz Avropa İttifaqına inteqrasiyadır", - deyə. İ.Kobaxidze bildirib.