...

COP29 çərçivəsində Qazaxıstanın əldə etdiyi razılaşmalar üzrə ümumi investisiya həcmi təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcək - İlyas Bakıtcan

Yaşıl iqtisadiyyat Materials 15 Noyabr 2024 10:54 (UTC +04:00)
COP29 çərçivəsində Qazaxıstanın əldə etdiyi razılaşmalar üzrə ümumi investisiya həcmi təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcək - İlyas Bakıtcan
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

COP29 çərçivəsində Qazaxıstanın əldə etdiyi razılaşmalar üzrə ümumi investisiya həcmi təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcək.

Trend xəbər verir ki, bunu Qazaxıstanın energetika nazirinin müavini İlyas Bakıtcan Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə Nazirlər Dialoqu zamanı deyib.

“Qazaxıstan yaşıl enerjinin fəal inkişafına və 2060-cı ilə qədər karbon neytrallığına nail olmağa hədəflənib. Qazaxıstanda perspektivli istiqamətlərdən biri bərpa olunan enerjinin inkişafı və külək enerjisi obyektlərinin tikintisidir. COP çərçivəsində Qazaxıstan hökuməti və Çin hökuməti bərpa olunan enerji mənbələri sahəsində iri layihələrin həyata keçirilməsinə dair saziş imzalayıblar. Həmçinin Masdar şirkəti ilə bərpa olunan enerji mənbələri üzrə iri layihələrin həyata keçirilməsi üçün investisiya razılaşmaları imzalanıb.

Bu layihələr üzrə ümumi investisiya həcminin təxminən 3,7 milyard ABŞ dolları təşkil edəcəyi gözlənilir. Qlobal karbon neytrallığına nail olmaq meyillərini nəzərə alaraq, Qazaxıstan milli şərait, maraqlar və sosial-iqtisadi amillərə uyğun olaraq həm ənənəvi, həm də alternativ bərpa olunan enerji mənbələrini inkişaf etdirərək balanslı və ardıcıl enerji keçidinə üstünlük verir”, – deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti