Bakı. Trend:
Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin istismar sahəsində olan elektrik stansiyalarının texniki-iqtisadi göstəriciləri açıqlanıb.
Trend Dövlət Xidnətinə istinadən xəbər verir ki, müvafiq dövr ərzində istehsal olunan ümumi elektrik enerjisinin 52%-i alternativ və bərpa olunan enerji mənbələrinin payına düşür.
Məlumata görə, 2024-cü ilin yanvar - oktyabr ayları üzrə istehsal olunan ümumi elektrik enerjisinin 48%-i İstilik Elektrik Stansiyalarında, 39%-i Su Elektrik Stansiyalarında, 13%-i Günəş Elektrik Stansiyalarında istehsal olunaraq elektrik şəbəkələrinə ötürülüb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə alternativ və bərpa olunan enerji mənbələrində istehsal olunan elektrik enerjisinin payı 18 faiz artıb. Belə ki, bu rəqəm 2023-cü ildə 34 faiz olduğu halda cari ildə bu göstərici 52 faizə yüksəlib.