...

ÇİB-ləri milli uyğunlaşma planlarının maliyyələşdirilməsini artırmağa çağırırıq - COP29 prezidenti

İqtisadiyyat Materials 14 Noyabr 2024 14:11 (UTC +04:00)
ÇİB-ləri milli uyğunlaşma planlarının maliyyələşdirilməsini artırmağa çağırırıq - COP29 prezidenti
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı. Trend:

Çoxtərəfli İnkişaf Banklarını (ÇİB) milli uyğunlaşma planlarının maliyyələşdirilməsini artırmağa çağırırıq.

Trend xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29 prezidenti Muxtar Babayev COP29 çərçivəsində “Transformativ iqlim fəaliyyəti: diqqətin maliyyə axınlarından Çoxtərəfli İnkişaf Banklarının təsirinə və katalizator təsirinə yönəlməsi” mövzusunda keçirilən dəyirmi masa zamanı bildirib.

“Biz bir daha ÇİB-ləri milli uyğunlaşma planlarının maliyyələşdirilməsinin artırılmasına çağırırıq. Bu həftə aparıcı çoxtərəfli banklar proqnozlaşdırırdılar ki, 2030-cu ilə qədər iqlim proqramlarına kollektiv illik maliyyələşmələri 170 milyard ABŞ dollarına çatacaq, bunun 49 milyard dolları adaptasiya üçün nəzərdə tutulub”, – deyə o bildirib.

M.Babayev qeyd edib ki, bu maliyyələşmə kifayət deyil.

“Biz mövcud maliyyələşmənin miqyasını artırmalıyıq. Tez-tez səfərbər etdiyimiz maliyyələşmə nə əlçatan, nə də məqbul olur. Kapital dəyəri, yüksək əməliyyat xərcləri və potensial məhdudiyyətlər kimi əsas problemlərin həllində və iqlim maliyyələşdirilməsinin ən çox ehtiyac duyulanlar üçün effektivliyinin artırılmasında sizin köməyinizə ümid edirik. Hazırda aparılan ÇİB islahatları əlçatan resursların cəlb edilməsi üçün həyati əhəmiyyət daşıyır”, – deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti