...

COP29 çərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq

İqtisadiyyat Materials 14 Noyabr 2024 13:18 (UTC +04:00)
COP29 çərçivəsində Orta Dəhlizin rəqəmsallaşdırılması müzakirə olunacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Noyabrın 20-də COP29 çərçivəsində “Dayanıqlı, rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin dəyirmi masası keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin məqsədi ölkələri Orta Dəhliz və digər beynəlxalq nəqliyyat marşrutlarının rəqəmsallaşdırılmasına təşviq etməkdir.

Tədbirdə aşağıdakı mövzular müzakirə olunacaq:

  • Yaşıl, dayanıqlı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı uğurlu təcrübələr;
  • İnnovativ texnologiyaların yükdaşımalarda karbon qazı emissiyasının azaldılmasında rolu;
  • Enerji səmərəliliyinin artırılması və əməliyyat əlaqəsinin yaxşılaşdırılması üçün rəqəmsallaşmadan, intellektual nəqliyyat sistemlərindən istifadə örnəkləri;
  • Dayanıqlı nəqliyyat əlaqələrinin təmin edilməsində avtomatlaşdırma və süni zəkanın potensial rolu;
  • Nəqliyyat dəhlizlərinin rəqəmsallaşmaya keçidinin işçi qüvvəsinə təsiri, insan resurslarının inkişafı və yaşıl iş yerlərinin yaradılması imkanları;
  • Çoxtərəfli İnkişaf Banklarının dayanıqlı və rəqəmsal nəqliyyat dəhlizlərinin inkişafında rolu.

Tədbirin sonunda regionda dayanıqlı inkişaf və rəqəmsal transformasiya ilə bağlı irəliləyişə nail olmaq üçün kollektiv öhdəliyi əks etdirən kommunike qəbul olunması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti