...

“Yaşıl” taksonomiya iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar açacaq - Taleh Kazımov

Yaşıl iqtisadiyyat Materials 14 Noyabr 2024 17:17 (UTC +04:00)
“Yaşıl” taksonomiya iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar açacaq - Taleh Kazımov
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

“Yaşıl” taksonomiya iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar yaradacaq, kapitalı səmərəli şəkildə səfərbər edəcək və “yaşıl” iqtisadiyyata keçidi sürətləndirəcək.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AMB tərəfindən təşkil edilən “Dünyada dayanıqlı maliyyələşdirmənin təşviqi: dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu və müqayisəliliyi üzrə Yol Xəritəsi” mövzusunda panel müzakirəsində deyib.

“Milli səviyyədə yaşıl taksonomiya sahəsində əldə olunan irəliləyişi vurğulamaq istərdim. Biz artıq müxtəlif dövlət qurumlarının, maliyyə sənayesi assosiasiyalarının və beynəlxalq maliyyə təşkilatlarının aktiv iştirakı ilə “yaşıl” taksonomiyanı qəbul etmişik. Bu təşəbbüs iqlim maliyyələşdirilməsini genişləndirmək üçün böyük imkanlar açacaq, kapitalı səmərəli şəkildə səfərbər edəcək və “yaşıl” iqtisadiyyata keçidi sürətləndirəcək. Fürsətdən istifadə edərək taksonomiyanın hazırlanmasında texniki dəstəyə görə Dünya Bankına xüsusi təşəkkürümü bildirmək istəyirəm”, – deyə o bildirib.

Qeyd edək ki, dünən Azərbaycan Mərkəzi Bankı “yaşıl” taksonomiyanı təsdiqləyib.

Ətraflı məlumat üçün linkə daxil ola bilərsiniz:

Məqalədə:
Xəbər lenti

Xəbər lenti