Bakı. Trend:
ABŞ prezidenti Co Bayden gələn yanvarda vəzifəsini tərk etməzdən əvvəl Kiyevə 7 milyard dollardan çox ABŞ silahı çatdırmaq ABŞ Müdafiə Nazirliyi üçün çətin məsələ olacaq.
Trend-in məlumatına görə, bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq brifinqdə deyib.
"ABŞ Prezidenti [Co Bayden] Konqresin ayırdığı bütün vəsaitləri səlahiyyət müddəti başa çatana qədər xərcləmək istədiyini açıq şəkildə bildirdi. Bunu reallaşdırmaq üçün çox çalışmalıyıq. Hesab edirəm ki, yaxın aylarda siz anbarda olanlardan [silah] paketlərinin ayrılmasının davamını görəcəksiniz", - deyə o bildirib.
Qeyd edək ki, bu həftənin əvvəlində Pentaqonun sözçüsü Patrick Ryder bildirib ki, ABŞ Müdafiə Nazirliyinin PDA (Prezident Dewdown Authority) mexanizmi vasitəsilə Ukraynaya 7 milyard dollardan çox yardımı var.