Bakı. Trend:
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Avropa Kommisiyası İqlim Fəaliyyəti Baş İdarəsi, baş məsləhətçisi Jakob Verksmandır.
O, Trend-ə açıqlamasında bildirib ki, COP29-da yeni iqlim maliyyəsi məqsədlərinin yaradılmasını gözləyirik.
O qeyd edib ki, biz İqlim Maliyyəsi üzrə iddialı, lakin real Yeni Kollektiv Kəmiyyətli Məqsəd(NCQG) istəyirik ki, yeni iqlim maliyyəsi məqsədi olsun.
“Bu, kifayət qədər yüksək səviyyədə müəyyən edilib, lakin nail ola bilmiyəcəyimiz qədər yüksək deyil.Daha çox ölkənin bu məqsədə töhfə verməsini təmin etməyi tələb edilməlidir.
“Son 30 ildə varlanan ölkələr inkişaf etməkdə olan ölkələri dəstəkləmək üçün həmrəylik üçün bizə qoşulmaq məsuliyyətlərini dərk edirlər.
Bu, həm də bu investisiyaların təmin edilməsində özəl sektor üçün çox mühüm rol olduğunu qəbul etmək deməkdir”,- deyə o bildirib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.