...

Azərbaycan birbaşa xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli nəticələr gözləyir - Yusif Abdullayev

İqtisadiyyat Materials 14 Noyabr 2024 12:49 (UTC +04:00)
Azərbaycan birbaşa xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli nəticələr gözləyir - Yusif Abdullayev
Aydan Ələsgərli
Aydan Ələsgərli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycana birbaşa xarici investisiyaların cəlb edilməsində əhəmiyyətli nəticələr görəcəyimizə əminəm.

Trend xəbər verir ki, bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev “COP29 İqlim Platforması: Biznes, İnvestisiya və Filantropiya” mövzusunda panel müzakirə zamanı bildirib.

“Bildiyniz kimi, Azərbaycan ölkəyə investisiyaların cəlb olunması üçün yeni yol seçib — birbaşa xarici investisiyalar (BXİ). Əlbəttə ki, AZPROMO olaraq biz bu prosesdə əsas rol oynayırıq. Ölkəmizin 2030-cu ilə qədər inkişaf strategiyası var. Strategiyanın əsas sütunlarından biri ölkənin daha yaşıl və bərpa olunan enerji sahəsinə keçidi və bu sahəyə daha çox BXİ cəlb etməkdir”, – deyə Y.Abdullayev qeyd edib.

O, həmçinin, əlavə edib ki, son illərdə dünyada “yaşıl” BXİ cəlb etmək üçün agentliklər arasında güclü rəqabət müşahidə olunur, lakin buna baxmayaraq, AZPROMO xarici şirkətlər üçün optimal şərait yaratmaq üzərində işlərini davam etdirir.

“Azərbaycanda təmsil olunan iri şirkətlərdən danışmışam. Böyük potensial görürük və Azərbaycanın bəzi şirkətlərini COP29-da dəvət edilmiş, digərlərinin isə bu prosesdə iştirakda maraq göstərdiyini görməkdən çox məmnunam”, – deyə Yusif Abdullayev bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti