...

AMB digər qurumlarla əməkdaşlıqda milli taksonomiyaların uyğunlaşdırılması üçün Yol Xəritəsini təsdiq edib

Yaşıl iqtisadiyyat Materials 14 Noyabr 2024 17:50 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı IFC, Dayanıqlı Bankçılıq və Maliyyə Sektoru Şəbəkəsi (SBFN), Beynəlxalq Dayanıqlı Maliyyələşdirmə Platforması (IPSF), BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Ətraf Mühit üzrə Maliyyə Təşəbbüsünün (UNEP FI) dəstəyi ilə milli taksonomiyaların uyğunlaşdırılması üçün yol xəritəsini təsdiq edib.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə məlumat verib.

“Müxtəlif ölkələrdə özünəməxsus taksonomiyalar mövcuddur və onların qarşılıqlı uyğunlaşdırılması üçün yol xəritəsi hazırlanıb. Bu, 110-dan çox ölkənin razılaşdığı və 5 müxtəlif istiqamətdə fəaliyyət nəzərdə tutulan bir yol xəritəsidir. Yol xəritəsi artıq təsdiq edilib və nəticələr Braziliyada müzakirə olunacaq. Ehtimal ki, Braziliyadan sonra əlavə mərhələlər olacaq”, – deyə o bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti