...

COP29-da mədəniyyətlərin müxtəlifliyi – kreativ pavilyonlar, xalçalar, ekspozisiyala (FOTO)

Cəmiyyət Materials 14 Noyabr 2024 22:13 (UTC +04:00)
COP29-da mədəniyyətlərin müxtəlifliyi – kreativ pavilyonlar, xalçalar, ekspozisiyala (FOTO)
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Bakı. Trend:

COP29-da mədəniyyətlərin müxtəlifliyi, pavilyonların kreativliyi və konfrans iştirakçılarının unikal ekspozisiyaları təqdim olunub. Trend "Blue Zone COP29"dan fotoreportajı diqqətinizə çatdırır.

Sərgilər arasında arxeoloji tapıntılar, Azərbaycanın xalçaları, milli geyimləri, artefaktlar, eləcə də məşhur amerikalı fotojurnalist Bred Uilsonun Azərbaycanda və dünyanın digər ölkələrində çəkdiyi vəhşi heyvanların fotoşəkillərini təqdim edən “Təbiətin rəmzləri” də var. İştirakçı dövlətlərin pavilyonları maketlərdə, afişalarda, panellərdə və hətta xalçalarda öz əksini tapmış mədəni xüsusiyyətləri, davamlı inkişaf fəaliyyətlərini və innovativ ekoloji həlləri əks etdirir. Ziyarətçilər ənənəvi sənətkarlıqla tanış ola, həmçinin milli xörək və içkiləri dada, milli incəsənət üzrə ustad dərslərində iştirak edə bilərlər.

Xatırladaq ki, noyabrın 11-də Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası işə başlayıb.

COP29-un Azərbaycanda keçirilməsi qərarı ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir.

"COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir. Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti