...

Maliyyə sahəsində əksər ölkələrdə vəziyyət ürəkaçan deyil - İqlim Skanerinin nəticəsi

İqtisadiyyat Materials 14 Noyabr 2024 12:07 (UTC +04:00)
Maliyyə sahəsində əksər ölkələrdə vəziyyət ürəkaçan deyil - İqlim Skanerinin nəticəsi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Braziliya Ali Audit Orqanı tərəfindən təqdim edilən İqlim Skanerinin ilkin nəticələrinə əsasən, ölkələrin əksəriyyətində dövlət siyasəti, o cümlədən milli öhdəliklərin qəbul edilməsi, yumşaldılma strategiyaları, Milli Uyğunlaşma Planları və s., idarəetmə, o cümlədən qanunvericilik, inzibati strukturlar, risk idarəetməsi, şəffaflıq və s. üzrə hökumət tərəfindən görülən işlər qənaətbəxşdir.

Trend xəbər verir ki, bu barədə bu gün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə “Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? – İqlim Skaneri qiymətləndirməsinin nəticələri” adlı tədbirdə bildirilib.

Qeyd edilib ki, lakin maliyyə sahəsi, o cümlədən daxili, beynəlxalq və özəl iqlim maliyyəsi üzrə mövcud mexanizmlərin və həyata keçirilən fəaliyyətlərin gücləndirilməsinə zərurət yüksəkdir.

Qeyd olunan nəticəni ayrı-ayrı ölkələr (Kanada, Braziliya, Fillippin, Yeni Zellandiya, Çili) üzrə görmək mümkündür.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər lenti

Xəbər lenti