...

Taleh Kazımovdan dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğunun təşviqi üzrə Yol Xəritəsi barədə açıqlama

Yaşıl iqtisadiyyat Materials 14 Noyabr 2024 17:44 (UTC +04:00)
Taleh Kazımovdan dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğunun təşviqi üzrə Yol Xəritəsi barədə açıqlama
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu və müqayisəliliyi üzrə Yol Xəritəsi üç əsas elementi vurğulayır.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov AMB tərəfindən təşkil edilən “Dünyada dayanıqlı maliyyələşdirmənin təşviqi: dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu və müqayisəliliyi üzrə Yol Xəritəsi” mövzusunda panel müzakirə zamanı deyib.

“Yol xəritəsi uyğunluq üçün kritik əhəmiyyətə malik üç əsas elementi vurğulayır: ümumi iqtisadi fəaliyyət dəstinin müəyyənləşdirilməsi – xüsusilə inkişaf etməkdə olan bazarlar və iqtisadiyyatlar üçün dekarbonizasiya prosesinə xüsusi diqqət yetirilir; G20-nin rəhbər prinsiplərinə uyğun olaraq taksonomiyaların prinsipləri və əsas meyarları ilə uzlaşmaq üçün ümumi texniki yanaşmaların işlənib hazırlanması; keçid maliyyələşdirilməsinə dair ümumi yanaşmaların formalaşdırılması. Xüsusilə yüksək emissiyalı sektorlar üçün keçid fəaliyyətlərini dəstəkləməklə, “təmiz yaşıl” investisiyaların hüdudlarından kənara çıxmağın zəruriliyi qəbul edilir”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankı IFC, Dayanıqlı Bankçılıq və Maliyyə Sektoru Şəbəkəsi (SBFN), Beynəlxalq Dayanıqlı Maliyyələşdirmə Platforması (IPSF), BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Ətraf Mühit üzrə Maliyyə Təşəbbüsü (UNEP FI) dəstəyi ilə dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu və müqayisəliliyi üzrə yol xəritəsini təsdiq edib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti