Bakı. Trend:
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Köhnə Xudat kəndində növbəti dəfə səyyar qəbul keçirib.
Trend xəbər verir ki, qəbulda yerli hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət və xidmət təşkilatlarının rəhbərləri eləcə də Köhnə Xudat İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Aşağı Ləgər, Seyidlər, Digahoba, İdrisoba və Fərzəlioba kəndlərinin sakinləri iştirak ediblər.
Sakinlər işıq, qaz, su və yol təsürrüfatı eləcə də ictimai nəqliyyatın bərpası ilə bağlı müraciətlər səsləndiriblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.
Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.