...

Türkiyədən Qırğızıstana polad ixracı artıb

İqtisadiyyat Materials 14 Noyabr 2024 10:14 (UTC +04:00)

Bakı. Trend:

2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən Qırğızıstana polad ixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 4 faiz artaraq, 3,7 milyon dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“2024-cü ilin oktyabr ayında Türkiyə Qırğızıstana 460 min dollar məbləğində polad məhsulları ixrac edib ki, bu da ötən ilin eyni dövri ilə müqayisədə 1,54 dəfə artıb”, – deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına polad ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9 faiz artaraq, 13,5 milyon dollara bərabər olub.

“Bu ilin oktyabr ayında Türkiyə 1,2 milyon dollar məbləğində polad ixrac edib ki, bu da keçən ilin oktyabr ayı ilə müqayisədə 4,3 faiz azdır,” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyə 16 milyon dollar məbləğində polad ixrac edib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti