Bakı. Trend:
COP29 çərçivəsində “Transformativ iqlim fəaliyyəti: maliyyə axınlarından diqqətin Çoxtərəfli İnkişaf Banklarının təsirinə və katalizator təsirinə çevrilməsi” mövzusunda dəyirmi masa keçirilib.
Trend xəbər verrir ki, tədbirin məqsədi inkişaf etməkdə olan ölkələrdə iqlim maliyyələşdirilməsinin cəlb edilməsində Çoxtərəfli İnkişaf Banklarının (ÇİB) rolunu müzakirə etməkdir. Tədbirin təşkilatçısı COP29 Prezidentliyi və Asiya İnkişaf Bankıdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev qeyd edib ki, kollektiv iqlim hədəflərimizə çatmaq maliyyələşmənin sürətlə artırılmasını tələb edir.
"Kollektiv iqlim hədəflərimizə çatmaq, inkişaf etməkdə olan ölkələr üçün bütün müvafiq mənbələrdən maliyyələşmənin sürətlə artırılmasını tələb edir və dövlət maliyyəsi əsas rol oynayır. İqlim maliyyəsi aşağı istixana qazı emissiyalarına nail olmaq da daxil olmaqla, Paris Sazişinin məqsədlərinə çatmaq üçün ən vacib amildir. Lakin hesabatlara görə, hazırkı maliyyələşmə kifayət deyil", - o bildirib.
İqlim dəyişikliyini həll etmək üçün yalnız əhəmiyyətli maliyyə mənbələri deyil, həm də davamlılıq, sabitlik və əlçatanlıq təmin edən yaxşı düşünülmüş bir maliyyə sistemi tələb olunur.
"COP29 danışıqlarının əsas prioriteti, iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi, problemin aktuallığına və miqyasına adekvat olması, inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını və prioritetlərini nəzərə almaq üçün Yeni Kollektiv Kəmiyyət Hədəfi uyğunlaşdırmaqdır", - o əlavə edib.
Öz növbəsində, İslam İnkişaf Bankının prezidenti Məhəmməd Süleyman Əl-Casir bildirib ki, İslam İnkişaf Bankı (İİB) 2022-ci ildən etibarən iqlim maliyyələşdirilməsi çərçivəsində 5,5 milyard ABŞ dollarından çox vəsait təsdiqləyib.
“COP27-dəki son böyük bəyanatımızdan bəri, İslam İnkişaf Bankı iqlim maliyyələşdirilməsi çərçivəsində 5,5 milyard ABŞ dollarından çox vəsaiti təsdiqləyib ki, onun 47 faizi iqlim dəyişikliyinə uyğunlaşmaya yönəldilib. Bu, iqlim dəyişikliklərinə davamlılığı artırmaq təşəbbüslərinə olan sadiqliyimizi vurğulayır”, – deyə Əl-Casir qeyd edib.
O, həmçinin, vurğulayıb ki, İslam İnkişaf Bankı iqlim dəyişikliyi ilə mübarizə üçün islam bankçılığı resurslarını cəlb etməyə davam edəcək.
Asiya İnkişaf Bankının (AİB) prezidenti Masatsuqu Asakava qeyd edib ki, 2024-2025-ci illərdə çoxtərəfli inkişaf bankları (ÇİB) yüksək inteqrasiya olunmuş karbon bazarlarının yaradılmasına diqqət yetirəcəklər.
“ÇİB olaraq, Paris Sazişinə və iqlim sahəsində transformativ fəaliyyətə nail olmaq missiyamıza bağlıyıq. ÇİB İqlim Fəaliyyəti Qrupunun hazırkı sədri olaraq, 6-cı maddə üzrə İşçi Qrupu çərçivəsində birgə səylərimizi vurğulamaq istəyirəm”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu platforma ÇİB-ləri karbon bazarlarının və qeyri-bazar yanaşmalarının yaradılması və tətbiqində ölkələrə yardım göstərmək üçün bir araya gətirir.
“Əməkdaşlığımız ölkələrə iqlim ambisiyalarını artırmaq, investisiyaları genişləndirmək və dayanıqlı inkişafı təşviq etmək üçün Paris Sazişinin 6-cı maddəsini güclü bir alət kimi istifadə etmək imkanı verir. 2024 və 2025-ci illərdə biz üç əsas sahəyə diqqət yetirəcəyik: potensialın artırılması, əlverişli infrastrukturun inkişafı və yüksək inteqrasiya olunmuş karbon bazarlarının birgə yaradılması”, – deyə o qeyd edib.
M.Asakava əlavə edib ki, ÇİB-lər, həmçinin, xüsusilə adaptasiyaya töhfə verən və ölçülməsi çətin olan mürəkkəb təsirləri aradan qaldıran qeyri-bazar yanaşmalarını öyrənirlər.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Xəbər yenilənəcək.