Bakı. Trend:
ABŞ hələlik Rusiya ilə Ukrayna arasında vasitəçilik rolunu davam etdirir, lakin münaqişənin həllində irəliləyiş baş vermədiyi təqdirdə bu mövqe dəyişə bilər.
Trend xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs “Fox News” telekanalının efirində çıxışı zamanı bildirib.
“Hazırda bizim mövqeyimiz eyni olaraq qalır. Lakin irəliləyiş olmasa, bu dəyişəcək. Və bu dəyişiklik vasitəçi kimi fəaliyyətimizə aid olacaq. Buna baxmayaraq, biz hələ belə bir nöqtədə deyilik”, – deyə Brüs qeyd edib.
O, həmçinin vurğulayıb ki, bu mövqe dəyişikliyi ABŞ-ın atəşkəsə nail olmaq və ya münaqişəni tamamilə dayandırmaq istəyindən imtina etməsi anlamına gəlmir.