...

İranda qum fırtınası nəticəsində 802 nəfər xəstəxanaya müraciət edib

Dünya xəbərləri Materials 3 May 2025 20:41 (UTC +04:00)
İranda qum fırtınası nəticəsində 802 nəfər xəstəxanaya müraciət edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İranın cənub-qərbindəki Xuzistan vilayətində qum fırtınası nəticəsində son 24 saatda 802 nəfər xəstəxanaya müraciət edib.

Trend-in məlumatına görə, bu barədə Əhvaz Cündişapur adına Tibb Elmləri Universitetinin rektor müavini doktor Meysem Muazi bildirib.

M.Muazi qeyd edib ki, onlar ürək və tənəffüs problemi müraciət ediblər.

"Həmin şəxslərdən 92-si xəstəxanaya yerləşdirilib, digərləri isə müalicədən sonra evə buraxılıb", - deyə o bildirib.

M.Muazi yerli əhaliyə xəbərdarlıq edərək onları, xüsusən də uşaqları, hamilə qadınları, qocaları və tənəffüs yolu xəstəlikləri olanları mümkün qədər evdə qalmağa çağırıb.

Qeyd edək ki, Xuzistan Meteorologiya Xidməti qum fırtınası ilə əlaqədar cümə axşamı və cümə günləri üçün "qırmızı xəbərdarlıq" verib ki, bu da havanın insanların sağlamlığı üçün təhlükəli olduğunu göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti