Bakı. Trend:
Azərbaycanın yeniyetmə cüdoçuları Qubada keçirilən Avropa Kubokunun ilk günündə uğurla çıxış ediblər.
Trend-in məlumatına görə, təmsilçilərimiz 3 qızıl, 3 gümüş və 6 bürünc medala sahib çıxıblar.
Anar Quliyev (50 kiloqram), Zeyd Ələsgərov (60 kiloqram), Nuranə Hacızadə (48 kiloqram) qızıl, Rəsul Əlizadə (55 kiloqram), Fəxri Sahibzadə (66 kiloqram), Leyla Ələkbərova (48 kiloqram) gümüş, İbrahim Talıbov, Rza Xəlilli (hər ikisi 50 kiloqram), Royal Qayıbov (60 kiloqram), Hüseyn Hüseynov (66 kiloqram), Xədicə Abdullayeva (44 kiloqram) və Aysun Məmmədova (52 kiloqram) bürünc medal əldə ediblər.
Qeyd edək ki, Avropa Kubokuna mayın 4-də yekun vurulacaq.