...

Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir

Cəmiyyət Materials 3 May 2025 14:24 (UTC +04:00)
Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı Marafonu 2025" ilə əlaqədar mayın 4-də nəqliyyat vasitələrinin hərəkətinə tətbiq ediləcək məhdudiyyətə uyğun olaraq, 27 sayda müntəzəm marşrutun hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.

Bu barədə Trend-ə AYNA-nın mətbuat xidmətindən məlumat verilib.

⁃ 1 nömrəli marşrutun hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri;
⁃ 2 nömrəli marşrutun hərəkəti Təbriz küçəsi;
⁃ 4 və 10 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla hərəkəti Puşkin, Nizami və Yusif Səfərov küçələri ilə təşkil ediləcək.
⁃ 5, 88 və 88A nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olacaq.
⁃ 21, 32, 46 və 120 nömrəli marşrutların son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi olmaqla fəaliyyətləri Ağ Şəhər - Babək prospekti;
⁃ 20, 72 və 120E nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası olmaqla fəaliyyətləri Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi ilə təşkil ediləcək.
⁃ 6 nömrəli marşrut “Azadlıq prospekti” metrostansiyası - Axundov bağı istiqamətində fəaliyyət göstərəcək.
⁃ 18 nömrəli marşrutun son dayanacaq məntəqəsi Əhməd Cavad küçəsi (Nizami bağı);
⁃ 30 və 49 nömrəli marşrutların son dayanacaq məntəqəsi “Xətai” metrostansiyası (Xocalı prospekti);
⁃ 53 nömrəli marşrutun son dayanacaq məntəqəsi “20-ci Sahə” dairəsi olacaq.
⁃ 61 nömrəli marşrutun son dayanacaq məntəqəsi Rəşid Behbudov küçəsi olmaqla fəaliyyəti Bülbül prospekti – Xaqani küçəsi;

⁃ 65 nömrəli marşrutun son dayanacaq məntəqəsi Axundov bağı olmaqla fəaliyyəti Şeyx Şamil küçəsi – İstiqlaliyyət küçəsi ilə təşkil ediləcək.

⁃ 120A nömrəli marşrutun hərəkəti Şəfəq küçəsi ilə təşkil olunacaq.
⁃ 125 nömrəli marşrutun son dayanacaq məntəqəsi “28 May” Nəqliyyat Mübadilə Mərkəzi;
⁃ 149 nömrəli marşrutun son dayanacaq məntəqəsi “Elmlər Akademiyası” metrostansiyası olmaqla fəaliyyətləri İpək yolu - Mikayıl Müşfiq küçəsi ilə təşkil ediləcək.

⁃ 205 nömrəli marşrut İpək yolu - Mikayıl Müşfiq küçəsi istiqamətində fəaliyyət göstərəcək.
⁃ E1 nömrəli müntəzəm marşrutun fəaliyyəti İpək yolu, Mikayıl Müşfiq və Şəmsi Bədəlbəyli küçələri ilə təşkil olunacaq.

⁃ H1 nömrəli marşrutun Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkəti Xətai prospekti ilə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti