...

Millimizin oyunlarının vaxtı məlum olub

İdman Materials 2 May 2025 20:20 (UTC +04:00)
Millimizin oyunlarının vaxtı məlum olub
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Minifutbol üzrə Azərbaycan millisinin dünya çempionatında keçirəcəyi oyunların vaxtı dəqiqləşib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Məlumata görə, komandanın Bakıdakı mundialın qrup mərhələsində keçirəcəyi oyunların başlama saatları bəlli olub. Mayın 21-də Bəhreynə qarşı baş tutacaq ilk görüş saat 20:30-da başlayacaq.

İki gün sonra Sloveniya ilə üz-üzə gələcək millimiz saat 20:45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fit saat 19:30-da veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti