...

Yelo Bank builki "SHE Congress"in də əsas tərəfdaşıdır!

İqtisadiyyat Materials 2 May 2025 12:18 (UTC +04:00)
Yelo Bank builki "SHE Congress"in də əsas tərəfdaşıdır!

Bakı. Trend:

Yelo Bank qadın liderliyini və sosial məsuliyyətin önəmini vurğulamağa davam edir. Üçüncü dəfədir ki, Bank "SHE Congress" tədbirinin əsas tərəfdaşlarından biri qismində çıxış edir. Builki konqresin mövzusu “Beyond Now – Creating What Lives On” (Bu Gündən Kənar – Gələcəyə Qalanı Yaratmaq) da Bankın qadın liderliyi və inklüziv inkişaf fəlsəfəsini dəstəkləyir.

Artıq yeddinci ildir keçirilən Konqresin əsas məqsədi, yalnız hazırkı liderliyi yox, həm də dayanıqlı dəyərləri formalaşdırmaq və real təsir yaratmaqdır. Konqres biznes, dövlət, mədəniyyət, sahibkarlıq və akademik sahədən yerli və beynəlxalq simaları bir araya gətirir.

Yelo Bank-ın bu cür təşəbbüslərdə iştirakı Korporativ Sosial Məsuliyyət strategiyasının bir hissəsidir. Bank həm maliyyə sektorunun, həm də cəmiyyətin rifahı və qadın liderliyinin inkişafı üçün davamlı layihələr həyata keçirir. Yelo Bank Konqresin builki iştirakçılarına uğurlar arzulayır, bu əhəmiyyətli tədbirin bir hissəsi olmaqdan qürur duyur!

Qeydiyyatdan keçmək üçün: https://bit.ly/3RBKrir.

Bank xidmətləri (www.yelo.az) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Xəbər lenti

Xəbər lenti