Bakı. Trend:
2002-ci ildə keçirilən referendum nəticəsində vətəndaşların Konstitusiya Məhkəməsinə şikayət və müraciət göndərmələri təmin edilib.
Trend xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiyasında çıxışı zamanı deyib.
O bildirib ki, vətəndaşlarından daxil olan şikayətlər əsasında 150-160 qərar qəbul edilib.
“Pensiya təminatı ilə bağlı da bir sıra qərarlarımız olub. Bununla bağlı müxtəlif məsələlər gündəmə gəlirdi. Qərarlarımızın daha çoxu sosial təminatla bağlıdır. Bu məsələ medianın da hər zaman gündəmində olub”.