Bakı. Trend:
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.
Bu barədə Trend-ə Xidmətdən məlumat verilib.
Qeyd edilir ki, araşdırma zamanı Xəzər rayonu Albalılıq yaşayış massivində, eyni zamanda Nərimanov rayonu Təbriz və Həsənoğlu küçələrinin kəsişməsində ağacların qanunsuz kəsilməsi ilə bağlı təbiətə 30 000 manat məbləğində ziyan dəydiyi müəyyən edilib:
"Hər iki fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib".