...

TikTok Aİ-nin 530 milyon avroluq cəriməsinə qarşı apellyasiya verəcək (ƏLAVƏ OLUNUB)

Dünya xəbərləri Materials 3 May 2025 08:13 (UTC +04:00)
TikTok Aİ-nin 530 milyon avroluq cəriməsinə qarşı apellyasiya verəcək (ƏLAVƏ OLUNUB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

TikTok platformasının sahibi olan Çinli ByteDance şirkəti Avropa İttifaqının adından çıxış edən İrlandiya tənzimləyicisinin tətbiq etdiyi 530 milyon avro məbləğindəki cəriməyə qarşı hüquqi mübarizə aparacaq.

Trend-in məlumatına görə, bu barədə Belçikanın “Soir” nəşri xəbər yayıb.

TikTok-un Avropadakı sözçüsü Kristin Qran məsələyə münasibət bildirərək qeyd edib ki, xidmət heç vaxt avropalı istifadəçilərin şəxsi məlumatlarını Çin hakimiyyətinə ötürməyib və bu barədə onlara hər hansı rəsmi sorğu daxil olmayıb.

Qeyd edək ki, İrlandiya Məlumatların Qorunması Komissiyası TikTok-un avropalı istifadəçilərə aid məlumatları Çində yerləşdirməsini aşkar etdikdən sonra şirkəti cərimələyib və altı ay müddətində məlumatların işlənməsi praktikasını Aİ-nin tələblərinə uyğunlaşdırmağı tələb edib.

XXX
20:39

İrlandiyanın Məlumatların Qorunması Komissiyası Çinin “ByteDance” şirkətinə məxsus “TikTok” sosial şəbəkəsini 530 milyon avro məbləğində cərimələyib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə tənzimləyicinin bəyanatında qeyd olunur.

Məlumata görə, platformanın iri məbləğdə cərimələnməsinə əsas avropalı istifadəçilərin şəxsi məlumatlarının Çinə ötürülməsi olub. İrlandiyanın tənzimləyici qurumu şirkətin bununla Avropa İttifaqının şəxsi məlumatların qorunması ilə bağlı qaydalarını pozduğunu iddia edir.

"Araşdırma nəticəsində "TikTok"a ümumi məbləği 530 milyon avro olan inzibati cərimələr tətbiq olunub və ona altı ay ərzində məlumatların emalını tələblərə uyğunlaşdırmaq barədə göstəriş verilib. Qərarda həmçinin, bildirilir ki, əgər bu müddət ərzində məlumatların emalı tələb olunan səviyyəyə çatdırılmasa, "TikTok"un Çinə məlumat ötürməsi dayandırılacaq", – komissiyanın bəyanatında qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti