Bakı. Trend:
Bu gün Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"nun ikinci günüdür.
Trend xəbər verir ki, yarışın ikinci günündə qrup hərəkətlərində böyüklər yaş kateqoriyasında gimnastlar 5 lent və 3 top - 2 halqa şəklində yarışıblar.
Böyüklər arasında qrup hərəkətlərində 3 top - 2 halqa şəklində çıxış edən Azərbaycan komandası qızıl medala layiq görülüb. Ukrayna komandası gümüş, İtaliya komandası isə bürünc medal qazanıb.
Böyüklər arasında qrup hərəkətlərində 5 lent şəklində çıxış edən İtaliya komandası qızıl, Estoniya komandası gümüş, Bolqarıstan komandası isə bürünc medal qazanıb.