...

May-iyunda Ombudsman tərəfindən “Konstitusiya və Suverenlik İli” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçiriləcək

Cəmiyyət Materials 2 May 2025 10:52 (UTC +04:00)
May-iyunda Ombudsman tərəfindən “Konstitusiya və Suverenlik İli” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçiriləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

18 may - 18 iyun tarixlərində Ombudsman tərəfindən təşkil ediləcək insan hüquqları aylığı çərçivəsində ölkə Prezidentinin müvafiq Sərəncamı ilə elan edilmiş “Konstitusiya və Suverenlik İli” mövzusunda silsilə maarifləndirmə tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Trend xəbər verir ki, bunu İnsan Hüququları üzrə Müvəkkil Səbinə Əliyeva Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, bununla əlaqədar olaraq media nümayəndələrini həmin tədbirlərdə aktiv iştirak etməyə dəvət edir.

“Beləliklə, əminəm ki, bugünkü Forum insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi sahəsində birgə əməkdaşlığımızın genişləndirilməsinə əlverişli şərait yaratmaqla yanaşı, mediadan düzgün və səmərəli istifadə olunması imkanlarının qiymətləndirilməsi baxımından da faydalı olacaq”, - deyə S.Əliyevə fikrini yekunlaşdırıb.

Xəbər lenti

Xəbər lenti