Bakı. Trend:
Bakıda piyadanı avtomobil vurub öldürüb.
Trend xəbər verir ki, hadisə aprelin 28-də qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Həsənova Sevinc Qələndər qızı "Nissan Note" markalı avtomobili ilə hərəkətdə olarkən piyada zolağında hərəkətdə olan 1953-cü il təvəllüdlü Həsənov Abdülbaği Ağarza oğlunu vurub.
O, aldığı bədən xəsarətlərdən mayın 1-də 1 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsində ölüb.
Fakt üzrə cinayət işi başlanaraq istintaq aparılır.