...

Tramp İrandan neft alanları hədələdi

Dünya xəbərləri Materials 2 May 2025 03:48 (UTC +04:00)
Tramp İrandan neft alanları hədələdi

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp İran neftinin və neft-kimya məhsullarının alqı-satqısının dərhal dayandırılması çağırışı ilə çıxış edib.

Trend xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında paylaşım edib.

“İranın nefti və neft-kimya məhsullarının bütün alqı-satqısı dərhal dayandırılmalıdır! Hər hansı bir ölkə və ya şəxs İrandan istənilən miqdarda neft və ya neft-kimya məhsulu alarsa, dərhal ikinci dərəcəli sanksiyalara məruz qalacaq”, – Tramp bildirib.

Xəbər lenti

Xəbər lenti