...

Əhalinin ərzağa olan artan tələbatı bu resurslara olan təzyiqi daha da gücləndirir - Muxtar Babayev

İqtisadiyyat Materials 2 May 2025 10:00 (UTC +04:00)
Əhalinin ərzağa olan artan tələbatı bu resurslara olan təzyiqi daha da gücləndirir - Muxtar Babayev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Əhalinin ərzağa olan artan tələbatı bu resurslara olan təzyiqi daha da gücləndirir.

Trend xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.

O bildirib ki, kənd təsərrüfatı insanların əsas ehtiyaclarını təmin edən strateji əhəmiyyətli bir sektordur:

"Bu gün dünyada su və torpaq resurslarının istehsal imkanları mövcud tələbatı çətinliklə qarşılayır. Digər tərəfdən, əhalinin ərzağa olan artan tələbatı bu resurslara olan təzyiqi daha da gücləndirir.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada təxminən 1.7 milyard hektar torpaq insan fəaliyyəti nəticəsində deqradasiyaya uğrayıb. Bu torpaqların 60%-dən çoxu kənd təsərrüfatında istifadə olunan əkin və otlaq sahələridir".

"Kənd təsərrüfatı iqlimə birbaşa bağlı olduğundan, iqlim dəyişikliklərinə ən həssas sahələrdən biridir. Son illər bu dəyişikliklərin mənfi təsirləri kənd təsərrüfatında ciddi çətinliklər yaradır. Artan quraqlıqlar, torpağın şoranlaşması və ekstremal hava hadisələri məhsuldarlığı azaldaraq qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir", - M.Babayev qeyd edib.

"Artıq dünyada daha intensiv istilik dalğaları, güclü tufanlar və dağıdıcı daşqınlar müşahidə olunur. Əgər 1970-ci illərdə ildə təxminən 100 fəlakət baş verirdisə, bu gün bu rəqəm 400-ə qədər artıb. Bu isə ərzaq təhlükəsizliyini təhdid edir və kənd təsərrüfatının dayanıqlığını zəiflədir", - deyə M.Babayev vurğulayıb.

Xəbər lenti

Xəbər lenti