Bakı. Trend:
Azərbaycanda qida təhlükəsizliyi sahəsində ikinci dövlət proqramı hazırlanır.
Trend xəbər verir ki, bu sözləri AQTA-nın sədr müavini Balarəhim Quliyev bu gün Bakıda keçirilən Aqrobiznesin İnkişafı Forumunda deyib.
"Azərbaycanda qəbul olunmuş 2019-2025-ci illər ərzində Azərbaycanda qida təhlükəsizliyi ilə bağlı dövlət proqramı yekunlaşmaq üzrədir. Hazırda ikinci dövlət proqramının layihəsi hazırlanır. Yaxın vaxtlarda ictimaiyyətə açıqlanacaq.
Əlavə olaraq, heyvan və bitki sağlamlığı haqqında yeni qanun layihələri hazırlanır. Bu qanunlardan irəli gələn çoxlu sayda hüquqi və normativ texniki sənədlər üzərində iş gedir.
Hazırda Azərbaycanın istehsal etdiyi balın Avropa İttifaqı
ölkələrinə çıxarılması üçün işlər həyata keçirilir.
Çin bazarlarına aqrobiznes sahəsində fəaliyyət göstərən
sahibkarların məhsullarını çıxarma yönündə işlər görülür.
Azərbaycanın quşçuluq məhsullarının ərəb ölkələrinə və ABŞ-yə ixracı ilə əlaqədar işlər görülməkdədir.
Şərqi Zəngəzur regionunda dabaq xəstəliyi daxil olmaqla, bir çox xəstəliklərdən azad olma istiqamətində xüsusi zonanın yaradılması istiqamətində fəaliyyət davam edir".