Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə” sənədi açıqlanıb.
Trend-ə bu barədə AMB-dən məlumat verilib.
Məlumata görə, sənəd özünüməşğul şəxslərin və mikro, kiçik və orta biznes subyektlərinin maliyyələşməsi, həmçinin bütövlükdə iqtisadi artımın dəstəklənməsində mikromaliyyə sektorunun rolunun artırılması istiqamətində nəzərdə tutulan təşəbbüsləri müəyyən edir.
Strateji çərçivə sənədi mikromaliyyənin hüquqi və tənzimləyici bazasının gücləndirilməsi, mikrokredit anlayışının qanunvericiliyə gətirilməsi, bank olmayan kredit təşkilatlarının institusional inkişafı və maliyyələşmə mənbələrinin diversifikasiyası, həmçinin risklərin bölüşdürülməsi mexanizmlərinin gücləndirilməsi üzrə prioritetləri əhatə edir.
Sənəddə özünüməşğul əhali və ailə kəndli təsərrüfatlarının identifikasiyası sisteminin təkmilləşdiriməsi üzrə öncəliklər də əks olunur.