...

Xaçmazın İcra başçısı 60 yaşlı şəhid anasının ad gününü təbrik edib (FOTO)

Gündəm Materials 2 May 2025 17:07 (UTC +04:00)
Xaçmazın İcra başçısı 60 yaşlı şəhid anasının ad gününü təbrik edib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Qaradağ Buduğ kəndindən olan Vətən müharibəsi şəhidi Elməddin Rəsul oğlu Alxasovun anası Əsli Alxasovanı 60 illik yubileyi münasibətilə ziyarət edib.

Trend xəbər verir ki, icra başçısı şəhid anasını ad günü münasibəti ilə təbrik edib, ailənin qayğıları ilə maraqlanıb.

Səmimi görüş zamanı şəhid anasına gül dəstəsi və xatirə hədiyyəsi təqdim olunub.

Şəhid anası Əsli Alxasova göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti