Bakı.Trend:
Taylandın Banqkok şəhərində 28 martda baş vermiş dağıdıcı zəlzələdən sonra göydələnin çökməsi nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.
Trend bu barədə xarici KİV-ə istinadən məlumat verir.
Xilasedicilər çökmüş 30 mərtəbəli Baş Audit İdarəsinin binasının dağıntı yerində itkin düşmüş 20 nəfərin axtarışlarını davam etdirir. Artıq 10 nəfərin meyitinin olduğu yer müəyyənləşsə də, dəmir-beton plitələr onların çıxarılmasına ciddi əngəl yaradır.
Xatırladaq ki, martın 28-də Myanmada 8.2 bal gücündə zəlzələ baş verib. Zələzələ Myanma və Taylandda ciddi dağıntılara və insan itkilərinə səbəb olub. Təkcə Myanmada itki sayının 3.8 min nəfərə çatdığı deyilir.