...

2030-cu ilə qədər 20-dən çox müasir təyyarə donanmaya əlavə olunacaq - AZAL

Cəmiyyət Materials 2 May 2025 13:54 (UTC +04:00)
2030-cu ilə qədər 20-dən çox müasir təyyarə donanmaya əlavə olunacaq - AZAL
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ilə qədər 20-dən çox müasir təyyarə donanmaya əlavə olunacaq.

Trend xəbər verir ki, bunu AZAL-ın Daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumun “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyasında çıxışı zamanı deyib.

"2024-cü ildə 63 istiqamətdə 4 milyondan çox sərnişinə xidmət göstərib. Bu rekord göstəricidir.

2030-cu ilə qədər 20-dən çox müasir təyyarənin donanmaya əlavə olunması nəzərdə tutulur", - o qeyd edib.

F.Hüseynov əlavə edib ki, bütün aviaşirkətlərdə olduğu kimi, AZAL-da da müəyən gecikmə və yubanma halları olur:

“İctimaiyyətdə yaran məlumat boşluğu və yayılan dezinformasiyaların aradan qaldırılması istiqamətində tədbirlər görürük”.

Xəbər lenti

Xəbər lenti