...

Ötən gün qanunsuz saxlanılan silah-sursat tapılıb

Hadisə Materials 2 May 2025 11:13 (UTC +04:00)
Ötən gün qanunsuz saxlanılan silah-sursat tapılıb
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib.

Trend xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, mayın 1-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 3 qumbara, 2 alışdırıcı, 5 tüfəng, 4 patron darağı və 17 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti