Bakı. Trend:
Qanunvericiliyə müstəqil media orqanlarının kiberhücumlardan qorunması üçün dəyişiklik olunması təklif edilir.
Trend xəbər verir ki, bunu Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvvəqəti komissiyasının sədri Ramid Namazov komissiyasının “Azərbaycanın media resurslarına kiberhücumlar” mövzusunda keçirilən ictimai müzakirəsində çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, dövlət orqanlarının media resursları bunu edirlər, amma müstəqil subyektlərdə də eyni mexanizm olmalıdır.
"Azərbaycanda fəaliyyət göstərən media qurumları kibertəhlükəsizlik sahəsində Medianın İnkişafı Agentliyinin xətti ilə təlimlərə cəlb olunsun. Ən adi hərəkətdən problemlər ola bilər. Onlar kibertəhlükəsizlik sahəsi üzrə qaydalarla tanış edilməlidirlər. Qanunvericiliyə müstəqil media orqanlarının kiberhücumlardan qorunması üçün dəyişiklik etmək olar. Müstəqil media orqanlarının qorunması qanunvericilik sahəsi ilə təmin edilməlidir. Onlar da dövlətin inkişafında əsas yeri tutur", - o bildirib.