Bakı. Trend:
Argentina sahillərində 6,4 bal gücündə daha bir zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata əsasən, yeraltı təkanların episentri təxminən 58 min nəfərin yaşadığı Uşuaya şəhərindən 291 kilometr cənub-şərqdə, Çilinin 117 min nəfərlik Punta-Arenas şəhərindən isə 523 kilometr cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə olub.
Hazırda dağıntı və tələfat barədə məlumat verilməyib, sunami təhlükəsi elan olunmayıb.
Xatırladaq ki, mayın 2-də səhər saatlarında Çili və Argentinanın sahil bölgələrində 7,5 bal gücündə güclü zəlzələ baş vermiş, bununla əlaqədar sunami təhlükəsi elan edilərək sahilyanı ərazilər təxliyə edilmişdi.